إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kanada universitetində müsəlman tələbələr üçün dəstəmazxana tikilib

Kanadada Regina Universiteti rəhbərliyi, 800 Müsəlman tələbəsi üçün 35 min dollar xərcləyərək dəstəmazxana inşa edib.

Kanadanın Saskaçevan əyalətində yerləşən Regina Universitetinin Müsəlman Tələbələri Birliyinin başçısı Mahmud Salah universitet rəhbərliyinə ikisi kişilər və ikisi də qadınlar üçün nəzərdə tutulan dəstəmazxanın tikilməsi üçün müraciət edib. Müsəlman Şagirdlər Birliyinin tələbinə Regina Universiteti Tələbələr Birliyi də dəstək verib.  Universitet rəhbərliyinin müsbət qərarından sonra 35 min dollar xərclənərək tələbələr üçün dəstəmazxana inşa edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2013  19:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!