
Kanadada Regina Universiteti rəhbərliyi, 800 Müsəlman tələbəsi üçün 35 min dollar xərcləyərək dəstəmazxana inşa edib.
Kanadanın Saskaçevan əyalətində yerləşən Regina Universitetinin Müsəlman Tələbələri Birliyinin başçısı Mahmud Salah universitet rəhbərliyinə ikisi kişilər və ikisi də qadınlar üçün nəzərdə tutulan dəstəmazxanın tikilməsi üçün müraciət edib. Müsəlman Şagirdlər Birliyinin tələbinə Regina Universiteti Tələbələr Birliyi də dəstək verib. Universitet rəhbərliyinin müsbət qərarından sonra 35 min dollar xərclənərək tələbələr üçün dəstəmazxana inşa edilib.