|
• DünyadaCənub bölgəsində qeydiyyata alınan dini icmaların sayı 147-yə çatıb
Cənub bölgəsində üç dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınaraq onlara şəhadətnamələr təqdim edilib. Bu barədə DQİDK-nın cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov məlumat verib. Onun sözlərinə görə həmin dini icmalar Lənkəran rayonu Havzava, Lerik rayonu Soru və Masallı rayonu Səmidxan kənd məscidləridir. Bununla da cənub bölgəsinə daxil olan yeddi rayon üzrə qeydiyyata alınan dini icmaların sayı 147-yə çatıb.Ümumilikdə isə bu bölgədə 550-dən çox məscid fəaliyyət göstərir. Q.Məmmədovun bilirdiyinə görə ən çox dövlət qeydiyyatından keçən dini icmalar rayon Masallı rayonunun payına düşür. Belə ki, burda 132 məsciddən 60-ı atıq dövlət qeydiyyatına alınıb. Lənkəranda fəaliyyət göstərən 78 məsciddən isə 29-u dini icma kimi rəsmi dövlət qeydiyyatından keçib. Bundan əlavə dövlət qeydiyyatına alınmaq üçün müraciət edən başqa dini icmalar da var ki, hazırda komitədə onların müraciətinə baxılır.Dövlət qeydiyyatından çıxarılan dini icmalara gəldikdə isə müsahibimiz bu il cənub zonasında belə faktların qeydə alınmadığını bildirdi.
gunaz
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2013 17:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |