إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Latın Amerikasında daha çox qadınlar arasında yayılır

11 sentyabr hadisələrindən sonra Latın Amerikasında müxtəlif ölkələrdə İslam sürətlə yayılmağa başlayıb.  Yüzlərlə Latın Amerikasında yaşayan qadınlar İslam dininin qadına olan mülayim, hörmət və ən üstün münasibətini görüb İslam dininə heyran olaraq müsəlman olurlar.

Womensenews.org saytına müsahibə verən Latın Amerikadan olan Zeynab İsmayıl bildirib ki , "Hansısa bir naməlum səbəbdən mən daha katolik olmaq istəmirdim. İndi mən bilirəm ki, o naməlum hissi icimdə yaradan Allah idi. Allah mənim ürəyimdə bu fikirləri və hissləri məskunlaşdırdı. Bu fikirlər mənə katolik kilsədə olduğumda ağlıma gəldi. 3 ay araşdırlamalardan sonra mən artıq İslamı qəbul etdim."

Latın Amerikasında daha çox İslama meyl 11 Sentyabr hadisələrindən sonra artmağa başlamışdır. İslamın haqsız tənqidindən sonra insanlar İslam haqqında məlumatlar almağa, araşdırmalar etməyə başladılar. İslamı qəbul edən başqa bir Latın Amerikalı xanım 11 Sentyabr hadisələrindən sonra İslam haqqında mənfi fikirdə olduğunu bildirib. Sonra İslam kitablarını oxumağa başlayandan sonra İslamı qəbul edib. İslamın qadınlara verdiyi hüquqdan heyran qaldığını qeyd edən xanım, əsirlər öncə Qərb dünyasında qadınlara pis münasibət olduğu halda İslam kişilərin və qadınların arasında bərabərliyi tənzimlədiyini bildirib.

2006 cı ilin statistik araşdırmalarına görə Latın Amerikasında təxmni 200 mindən çox İslamı qəbul edənlər var.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2013  19:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!