إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İsveç kralı məscidə ziyarətə gəldi

İsveç kralı  Karl XVI Qustav və Kraliça Silviya Stokholmda yerləşən Fitja Məscidini ziyarət ediblər. Kral taxta çıxmasının 40 illiyinin qeyd olunması münasibətilə bir sıra mədəniyyətlərin mərkəzlərini ziyarət etməyə başlayıb.

Məscidə ziyarətə gələn Kral İsveç müsəlmanlarının ölkədəki vəziyyətilə tanış olub. Kral dinlərarası dialoqun və qarşılıqlı anlayışın vacibliyindən danışıb. İsveç müsəlmanalrı Kralın və Kraliçanın məscid ziyarətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Osmanlı və İsveç arxitekturası stilində tikilmiş Fitja Məscidində keçən həftədən azan verilməsi başlanmışdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2013  19:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!