إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mirzə Cavad Fani Badkubeyi(r)

"Fani" ləqəbi ilə tanınan Mirzə Cəvad Molla Nəcəf oğlu Badkubeyi dərin elmli alimlərdən və həkimlərdən (filosoflardan)  biri  hesab olunur. Atası Bakının fəzilətli alimlərindən və mücahidlərindən sayılırdı. 1821-ci ildə Bakının, Dağıstanın və Şirvan əhalisinin dini və məziəbi məsələləri onun vəkaləti altında idi. İran-Rus müharibəsində İranın məğlub olmasından sonra Azərbaycan Çar Rusiyasının əlinə keçir. Bu dövrdə Azərbaycanda olan müsəlmanlar, xüsusilə, İslam alimləri çox çətinliklərlə üzləşirlər.

Camaatla düşmənçilikdə olan yerli kəndxudalar və bəzi bəylər müsəlmanların ruslar qarşısında zəif olduğunu görüb, camaatı incidir, işgəncə verməyə başlayırlar. Bu halda Molla Nəcəfin ciddi müqaviməti ilə qarşılaşır və kömək üçün rus əsgərlərini köməyə çağırırlar. Rus qüvvələri bir nəfər rus zabitinin başçılığı ilə müxaliflərlə əlbir olub, Molla Nəçəf Əlini və onun tərəfdarlarını tuturlar. Sonra  həştərxana sürgün edirlər. Bir neçə ildən sonra onun sürgün müddəti sona yetir. Sürgün vaxtı qurtaran Molla öz vətəninə qayıtmaq məqsədilə gəmiyə minib Bakıya tərəf yola düşür. Özü öz ölümü haqqında əvvəlcədən xəbər verdiyi kimi sahilə yaxınlaşan zaman gəmi tufana düşür. Başqa sərnişinlərlə birlikdə cəsur alim Molla Nəcəf Əli də haqq dünyasına qovuşur. Mirzə Cəvad atasının ölümündan sonra onu himayə edən bir şəxsin olmayacağını görüb İrana səfər etməyi qərara alır. Atasından qalan irsi və mal-dövləti öz qardaş və bacılarına verib İranın İsfahan şəhərinə gəlib , "Cəddə" mədrəsəsində sakin olur. Ərəb dilinin müqəddimat dərslərini, fiqh-üsul və ilahiyyat fəlsəfəsini öyrənməyə başlayır. Məxsusən, Sədrül-mütəllininin, "Hikməti-mütəaliyə" kitabını ustad Seyyid Məhəmməd Baqir və böyük filosof Molla Əli Hurinin şagirdlərindən olan Mirzə Rzadan öyrənir. Bir müddət müqəddəs Məşhəd və Tehran şəhərlərində hikmət və kəlam elmlərini tədris edərək fəzilətli şagirdlər yetişdirir. Hökumət aparatına yaxın düşməyib azad və asudə yaşayışı mənsəb və vəzifədən üstün tutur.

Mirzə Cavad çox səxavətli, əliaçıq adam olub. O qədər hədiyyə və bəxşiş edərdi ki, hətta özü üçün şam yeməyinə bir şey qalmazdı. Bu barədə alim özü gözəl  bir şer yazmış və bu şerdə özünə "Fani" ləqəbini vermişdir. Ömrünün axır çağlarını Azərbaycanda keçirir və orada da dünyadan köçür.

"Təzkireyi-müəməyyiz" kitabının müəlifi yazır: "Bu fəzilətli şəxsiyyət hikmət elmində kamil bir ustaddır və kəlam elmində ictihad səviyyəsinə çatmışdır. Elmi dərəcəsi yüksək səviyyədədir. Sözlərində kamala dəlalət edən kəlmələr var. Şer yazmaq qabiliyyətinə də malikdir".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2010  02:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!