|
|
Bakı Beynəlxalq Kitab Sərgisi: “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası təqdim olunub9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazasının təqdimatı keçirilib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq 2022-ci ilin “Şuşa İli” olduğunu, 2023-cü ilin isə Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini vurğulayıb. T.Kərimov bununla əlaqədar olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazasının hazırlandığını bildirib. Təqdimat zamanı elektron məlumat bazasının “Rəsmi sənədlər”, “Prezident İlham Əliyev: “Əziz Şuşa sən azadsan!”, “Qarabağın tacı Şuşanın əsas tarixi hadisələrinin xronologiyası”, “Tarixi abidələr”, “İnzibati quruluşu”, “Görkəmli şəxsiyyətləri”, “Görkəmli şəxsiyyətlər Qarabağın mirvarisi - Şuşa haqqında”, “Şuşada erməni vandalizmi”, “Nəşrlər”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarət olduğu bildirilib. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/D.QARABAQ/ linkindən istifadə edə bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2023 12:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |