|
MEDİA qəzet və saytlar üçün müsabiqə elan edibMedianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib. Ahlibeyt.az-ın xəbərinə görə bu barədə Dövlət agentliyinin məlumatında bildirir. Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir. Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir. Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir. Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz. Həmçinin Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib: Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir. Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2023 10:09 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |