إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanın İslam alimləri


Əziz oxucular!

Azərbaycan torpağı əsrlər boyu İslam aləminin dahi alimlərini yetişdirib. İstər orta əsrlərdə, istər yeni və müasir tarixdə Azərbaycan alimləri dinimiz üçün böyük töhfələr veriblər. Əfsuslar olsun ki, yerli təqdiqatçılar həmin şəxslərin həyatı barədə kifayət qədər araşdırmalar aparmayıblar və böyük müctehidlərimiz, onların Vətən və din uğrunda mübarizələri barədə cəmiyyətimizdə kifayət qədər məlumat yoxdur. Bu səbəbdən saytımızad Azərbaycan fəqihləri barədə ayrıca bölmə yaratmaq qərarına gəlmişik.

Burada olduqca maraqlı məlumatlar əldə edəcəksiniz. Alimlərin həyatı fonunda Rus və Sovet imperiyalarının dinimizə qarşı apardıqları siyasətlə incəliklə tanış olacaqsınız. Həmçinin bir çox alimlərimizin İran və İraqın tarixində mühüm rol oynadıqlarını da şahidi olacaqsınız.

Bu bölmədə XVIII-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli İslam alimləri barədə məlumat yerləşdirəcəyik ki, məlumatları əsasən Faiq Vəlioğlunun “Azərbaycanın İslam alimləri” kitabından götürmüşük. Faiq müəllimin qələmə aldığı bu kitab, demək olar ki, Azərbaycan fəqihlərini tanıtdıran ilk və yeganə kompleksli tədqiqatdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Mart, 2010  01:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!