إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub

Sentyabrın 30-da Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə vida mərasimi keçirilib.

Ahlibeyt.az xəbər verir ki, vida mərasimində Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, ayrı-ayrı qurumların nümayəndələri, tanınmış ziyalıları, təhsil işçiləri və tələbələr iştirak ediblər.


Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə keçirilən vida mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Şərafət Həsənov bildirib ki, Riad Əhmədovun axtarışları ilə dövlətimiz hər zaman məşğul olub. Riadın tapılması istiqamətində müxtəlif vaxtlarda Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar olub. Lakin bu danışıqlar heç bir nəticə verməyib.


O deyib ki, Vətən müharibəsindən sonra Şuşa və Daşaltı ətrafında Milli Qəhrəmanın axtarışları davam etdirilib. Axtarışlar nəticəsində xeyli şəhidimizin nəşi tapılıb.


Xatırladaq ki, Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndində itkin düşüb. Ondan sonra onun yeri uzun illər müəyyən olunmayıb. Bu il sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Riad Əhmədov və bir sıra digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlanıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2023  12:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!