|
|
Azərbaycan XİN: Stokholmda “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkəti qınayırıqAzərbaycanın Xarici İşlər Nazirliyi Stokholmda “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkəti qınayıb. Ahlibeyt.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib. Bildirilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz, İsveç hökumətini bu nifrət cinayətini törədənlərin tezliklə ədalət mühakiməsi qarşısına çıxarmasını təmin etməyə çağırırıq”. Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı “Qurani-Kərim” yandırılıb.Danimarkanın ifrat sağçı “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. “Aksiya” polisin nəzarəti altında keçib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2023 19:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |