22 Yanvar, 2023
Azərbaycan XİN: Stokholmda “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkəti qınayırıq

Azərbaycanın Xarici İşlər Nazirliyi Stokholmda “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkəti qınayıb.

Ahlibeyt.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

Bildirilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz, İsveç hökumətini bu nifrət cinayətini törədənlərin tezliklə ədalət mühakiməsi qarşısına çıxarmasını təmin etməyə çağırırıq”.

Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı “Qurani-Kərim” yandırılıb.Danimarkanın ifrat sağçı “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. “Aksiya” polisin nəzarəti altında keçib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12201.html