|
|
Məktəblərdə onlayn təhdidlər və kibergigiyena qaydalarına dair təlimlər təşkil olunubRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti “Uşaq hüquqları aylığı” çərçivəsində məktəblilər üçün “Onlayn təhdidlər və kibergigiyena qaydaları” mövzusunda təlimlər keçirib. Ahlibeyt.az-ın xəbərinə görə, RİNN-dən AZƏRTAC-a bildirilib ki, həmin təlimlər “Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.16-cı bəndində əks olunmuş tədbirlərin icrası məqsədilə təşkil edilib. Treninqlər Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Binəqədi rayonu 284 nömrəli, Yasamal rayonu 21 nömrəli, Saray qəsəbəsi 3 nömrəli və Xırdalan şəhəri 21 nömrəli orta məktəblərdə keçirilib. Təlimlərə ümumilikdə 4 məktəbdən 8-11-ci siniflərdə təhsil alan 100-dən çox məktəbli cəlb olunub. Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva məktəblilərə mövcud kibertəhdidlər və internetdən təhlükəsiz istifadəni təmin edən kibergigiyena qaydaları barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2022 11:56 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |