|
|
Mədəniyyət Nazirliyi "Rebuild Karabakh – 2022” sərgisində xüsusi stendlə təmsil edilir“İnşaat həftəsi”nin "Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyi xüsusi stendlə təmsil olunur. Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq "Qarabağın bərpa, yenidənqurma və inkişafı" ("Rebuild Karabakh – 2022”), 27-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”) və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) sərgilərini bir araya gətirən "Xəzər İnşaat Həftəsi” öz işinə başladı. “İnşaat həftəsi”ndə 17 ölkədən 300-dən çox şirkət iştirak edir. Sərgilər “Caspian Event Organisers” (CEO), “Iteca Caspian”, “Caspian Event Management”, “ICA Eurasia” şirkətlərinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), Qarabağ Dirçəliş Fondu və digər qurumların dəstəyi ilə gerçəkləşir. Ahlibeyt.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, üç gün davam edəcək “İnşaat həftəsi”nin "Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyi xüsusi stendlə təmsil olunur. Stenddə Qarabağ xalçası, Zəfər və Qarabağ mövzulu kitablar, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu, eləcə də əl işləri və suvenirlər, işğaldan azad edilmiş torpaqlarımızı 360 dərəcə səyahət etmək üçün virtual eynək sərgilənir. Nazirliyin stendində, həmçinin Ağdamda yaradılacaq İşğal və Zəfər muzeyləri, Füzuli Memorial Kompleksinin maketləri nümayiş etdirilir. Monitorda isə işğaldan azad edilmiş rayonlarımızda görülən və görüləcək işlər barədə tanıtım filmləri iştirakçılara nümayiş olunur. Mədəniyyət Nazirliyinin stendinə yaxınlaşan qonaqlar, eyni zamanda, muğam üçlüyünün – Elbrus Məmmədyarov (tar), Bayram Əliyev (kamança), Aydan Həmzəyeva (xanəndə) ifasında təqdim olunan muğam və xalq mahnılarımızı dinləyirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Oktyabr, 2022 18:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |