|
Kibertəhlükəsizlik sahəsində iki vacib hüquqi akt qəbul ediləcəkSon illərdə Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində ciddi addımlar atılıb. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, ölkənin kibertəhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyimizin prioritet istiqamətlərindəndir: “Son 5 ildə bu sahədə iti addımlarla irəliləyirik. Dövlət orqanları bu sahədə özəl sektorla birgə çalışmağa önəm verir. Bu il bu sahə üzrə universitetlərdə ilk tələbələrin buraxılışı olub və bildiyim qədəri ilə bu ildən kompüter elmləri sahəsinə ən yüksək balla qəbullar olub”. İlqar Musayev qeyd edib ki, yaxın zamanlarda iki vacib normativ hüquqi aktın qəbulu gözlənilir: “Birincisi, Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlıdır. Provayderlərdən lisenziya, əlavə ödəniş tələbi yığışdırılır və bu sahədə fəaliyyət sadələşdiriləcək. Xüsusi təhlükəsizlik tələbi müəyyənləşdiriləcək. İkincisi, Azərbaycan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının təsdiqlənməsi gözlənilir. Burada kadrların hazırlanması və yaxın illərdə hansı işlərin görüləcəyi öz əksini tapacaq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Oktyabr, 2022 11:09 ⁄ Çap
Bu bölmədə2 Oktyabr, 2023 Deputatlar antiterror tədbirlərini tarixi qələbə kimi dəyərləndirib, Prezidentin təltif olunmasını təklif ediblər2 Oktyabr, 2023 Oktyabr ayı üçün gündəlik namazların azan cədvəli29 Sentyabr, 2023 Azərbaycan Prezidenti Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub |
Xəbər lenti
2 Oktyabr, 2023 12:10
2 Oktyabr, 2023 11:16
29 Sentyabr, 2023 09:00
27 Sentyabr, 2023 11:37
26 Sentyabr, 2023 13:40
26 Sentyabr, 2023 10:35
|
© 2023 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |