|
Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunduPostmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, bu gün verilən mənzillər də daxil olmaqla 3850 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfər qazandığı Vətən müharibəsinin ikinci ilində də şəhidlərimizin ailələrinə, müharibə əlillərinə sosial dəstək tədbirləri davam etdirilir. Ahlibeyt.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən açıqlamada bildirilib ki, bunu Bakının Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib. Mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Xalq artisti Mənsum İbrahimov təqdim ediblər. Bildirilib ki, postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, bu gün verilən mənzillər də daxil olmaqla 3850 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Ümumilikdə ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib. İlin sonunadək şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir. Yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Mənzil təqdim edilən şəhid ailələri və müharibə əlilləri diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə tam təmirli yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2022 08:47 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |