|
|
Azərbaycanda təhsil üçün ianələr edilməsinə imkan yaradılacaqTəhsil üçün 1000 manat və daha artıq məbləğdə ianə edənlərə TİF ofisinə dəvət olunmaqla kağız sertifikat təqdim edilə bilər. Ahlibeyt.az “Report”a xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun (TİF) sədri Elnur Nəsibov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Fond ölkə ərazisində və ondan kənarda yaşayan fiziki və hüquqi şəxslərə təşkilatın saytından istifadə etməklə təhsil üçün ianələrin edilməsinə imkan yaradacaq: "İanələri edən fiziki və hüquqi şəxslər açıq va ya anonim şəkildə qala bilər. 1000 manat və aşağı məbləğdə ianə edənlərə elektron sertifikat, 1000 manat və daha artıq məbləğdə ianə edənlərə isə TİF ofisinə dəvət olunmaqla kağız sertifikat təqdim edilə bilər. Qeyri-maddi vəsaitlə ianə edən fiziki və ya hüquqi şəxslərə tərəfdaş sertifikatları təqdim edilə bilər". İanələrin hansı istiqamətdə xərclənəcəyi məsələsinə gəlincə, E.Nəsibov əlavə edib ki, hazırda təşkilatın strukturu formalaşdırıldığdan dəqiq nəsə demək doğru deyil. Qeyd edək ki, ianələr aşağıdakı formada oluna bilər: 1) Təhsilin İnkişafı Fonduna 2) Hər hansı konkret tematik layihə (məsələn, inklüziv təhsil, qızların təhsili, STEAM, infrastruktur və s.) 3) Öz məktəbinə ianə et. Qeyd edək ki, Fond ötən il Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Sentyabr, 2022 13:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |