|
|
“Tarixə dair əski çap kitabları” kataloqu çapdan çıxıbAMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının müvafiq qərarı ilə müəssisənin materialları əsasında hazırlanmış “Tarixə dair əski çap kitabları” kataloqu işıq üzü görüb. Ahlibeyt.az-ın xəbərinə görə, Əlyazmalar İnstitutunun məlumatında bildirilib ki, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru, dosent Tahirə Həsənzadənin tərtib etdiyi kataloqda qurumun əski çap kitabları fondunda mühafizə olunan Azərbaycan, türk, fars, ərəb, rus və digər dillərdə, o cümlədən Avropa dillərində 600 kitabın izahlı təsviri verilib. Sorğu kitabı əsasən tarixçilər üçün nəzərdə tutulub. Qeyd edək ki, yeni nəşrin baş elmi məsləhətçisi Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, elmi redaktoru Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, Ərəbdilli kitabların xülasəsini hazırlayan isə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilovadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2022 09:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |