7 Sentyabr, 2022
“Tarixə dair əski çap kitabları” kataloqu çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının müvafiq qərarı ilə müəssisənin materialları əsasında hazırlanmış “Tarixə dair əski çap kitabları” kataloqu işıq üzü görüb.

Ahlibeyt.az-ın xəbərinə görə, Əlyazmalar İnstitutunun məlumatında bildirilib ki, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru, dosent Tahirə Həsənzadənin tərtib etdiyi kataloqda qurumun əski çap kitabları fondunda mühafizə olunan Azərbaycan, türk, fars, ərəb, rus və digər dillərdə, o cümlədən Avropa dillərində 600 kitabın izahlı təsviri verilib. Sorğu kitabı əsasən tarixçilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, yeni nəşrin baş elmi məsləhətçisi Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, elmi redaktoru Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, Ərəbdilli kitabların xülasəsini hazırlayan isə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilovadır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11827.html