|
|
Tarix-memarlıq abidələrinə müdaxilələrlə bağlı monitorinqlərə başlanılıbSentyabrın 1-dən etibarən paytaxtda tarix-memarlıq abidələrinin fasadına, ümumi eksteryerinə, interyerinə, bir sözlə ilkin görünüşünə edilən müdaxilələrlə bağlı operativ monitorinq tədbirlərinə start verilib. Ahlibeyt.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. Qeyd olunub ki, istənilən qanunsuz və iznsiz müdaxiləyə qarşı ən sərt formada tədbirlər həyata keçiriləcək. “İcra prosesi ilə bağlı protokol tərtib ediləcək, cərimələr müəyyən ediləcək və əlavə qanunsuz müdaxilələr nəticəsində dəyən zərər aradan qaldırılacaq. Məqsədimiz heç bir fiziki və ya hüquqi şəxsi cərimələmək olmasa da, çevik tədbirlər üçün SOS təbilini elan etmək zamanı yetişib”, - məlumatda vurğulanır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2022 10:11 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |