|
Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib VİDEOAvqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə Maddi-Texniki Təminat Baş İdarəsində toplantı keçirilib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Toplantıda Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib. Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hərbi qulluqçuların xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb. Təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda, hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir. Qeyd olunub ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır. Sonra hərbi qulluqçuların təminat növlərində yeni təklif olunan nümunələrə baxış keçirilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin bütün təminat məsələlərinə nəzarətin gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişlər verib. General-polkovnik Z.Həsənov yeni təkliflərin nəzərə alınması ilə bağlı aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Avqust, 2022 08:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |