| 
 | 
    
    • DünyadaBMT Əfqanıstanda 250-dən insanın ölümünə səbəb olan partlayışlardan narahatdırBMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda insan təlafatı ilə nəticələnən silsilə partlayışlardan narahatlığını bildirib. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin mətbuat katibinin müavini Fərhan Haqın yaydığı bəyanatda deyilir. Onun sözlərinə görə, təkcə bu ay 250-dən çox insan bu partlayışların qurbanı olub. “BMT-nin Baş katibi bu ay Əfqanıstanda 250-dən çox insanın, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olan silsilə partlayışlardan dərin narahatlığını ifadə edir”,- deyə bəyanatda vurğulanıb. Bəyanatda qeyd olunur ki, BMT baş katibi avqustun 17-də Kabildə məscidə edilən son hücumu qətiyyətlə pisləyir. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. 
 Xatırladaq ki, çərşənbə günü Kabilin şimal-şərqində məsciddə baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb, 40 nəfər yaralanıb. 
 Saytın materiallarından istifadə edərkən istinad vacibdir! 
    
         19 Avqust, 2022  09:47 ⁄ Çap
     
    Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib | 
   
     
  Xəbər lenti
  
 27 Sentyabr, 2025  11:10 
9 Sentyabr, 2025  20:00 
 | 
  
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!  |