|
|
Emin Əmrullayev müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezidentə təşəkkür edib
Elm və Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib Ahlibeyt.az xəbər verir ki, təşəkkür mətnində deyilir: "Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, 1 sentyabr 2022-ci il tarixindən təhsilalanların sayına görə dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşma nəticəsinə görə müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi nəzərdə tutulur". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2022 09:22 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |