|
Azərbaycan açıq dənizə çıxışı olmayan ölkələrin tədbirində təmsil olunubAzərbaycan avqustun 15-16-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransında təmsil olunub. Ahlibeyt.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, tədbirdə Azərbaycanı nazir müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda 50 ölkədən 100-dən artıq nümayəndə iştirak edib. Tədbirə, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, TRACECA və digər beynəlxalq təsisatların rəhbər şəxsləri qatılıblar. Konfrans çərçivəsində nazirlərin iclası, eyni zamanda “COVID-19” pandemiyasının təsiri, Vyana Fəaliyyət Proqramının icrası və qarşıya çıxan çətinliklər, nəqliyyat bağlantılarının maliyyələşdirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, regional inteqrasiya kimi müxtəlif mövzuları əhatə edən 6 sessiya keçirilib. R.Rüstəmov tədbirdə çıxış edərək ölkəmizdə nəqliyyat sahəsində icra edilmiş və hazırda həyata keçirilən layihələr barədə məlumat verib, beynəlxalq nəqliyyat dəhlizlərinin effektivliyinin artırılmasında rəqəmsallaşma və innovasiyaların tətbiqinin vacibliyini qeyd edib. Səfər çərçivəsində nazir müavini Türkmənistan və Tacikistan nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Bu ölkələrlə mövcud əlaqələrin genişləndirilməsi və mümkün əməkdaşlıq sahələr barədə müzakirələr aparılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Avqust, 2022 09:55 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |