|
Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları müəyyənləşib“Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları” təsdiqlənib. Ahlibeyt.az-ın Report-a istinadən xəbərinə görə, Qaydalar Xarici İşlər Nazirliyinin Kollegiyasının 1 avqust tarixli Q/04-22 nömrəli Qərarı ilə təsdiq olunub Sənəddə qeyd edilib ki, xarici media nümayəndələrinin akkreditasiyası “Media haqqında” Qanun, müvafiq dövlətlərarası müqavilələr və bu Qaydalar ilə tənzimlənir. “Media haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən xarici media nümayəndələrinin Azərbaycan Respublikasında akkreditasiyası Xarici İşlər Nazirliyi (bundan sonra – XİN) tərəfindən həyata keçirilir. Media Reyestrinə daxil edilmiş media nümayəndələrinin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin media nümayəndələrinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər. Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətlərə baxılması Xarici media nümayəndələrinin akkreditasiyası üçün aşağıdakı sənədlər tələb olunur: 1. xarici media nümayəndəsinin təmsil etdiyi xarici media subyektinin nümayəndəliyinin rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu; 2. xarici media nümayəndəsi tərəfindən doldurulmuş ərizə-anketi (Əlavə); 3. iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil; 4. xarici media nümayəndəsinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici media nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşıdırsa onun şəxsiyyət vəsiqəsinin) surəti; 5. xidməti vəsiqənin (jurnalist vəsiqəsinin) surəti; 6. tərcümeyi-hal. Xarici media nümayəndələrinin akkreditasiyası üçün tələb olunan sənədlər XİN-ə poçt, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə və ya şəxsən təqdim edilə bilər. Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə 30 (otuz) gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici media nümayəndələrinə akkreditasiya kartı verilir. Akkreditasiya kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycan Respublikasında jurnalist və ya operator fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə baxılmanın nəticəsinə dair məlumat XİN, yaxud Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları tərəfindən müraciət edən tərəfə bildirilir. Xarici media nümayəndələrinin akkreditasiyası peşə fəaliyyətini həyata keçirmələri üçün tələb olunan, lakin 1 (bir) ildən artıq olmayan müddətə olur. Akkreditasiya uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli akkreditasiya 1 (bir) illik, qısamüddətli akkreditasiya isə konkret səfər müddətinə olur. Xarici media nümayəndələri akkreditasiya müddəti bitəndən sonra akkreditasiya müddətinin uzadılması və ya yenidən akkreditasiya üçün XİN-ə müraciət edə bilərlər. Xarici media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur: 1. təqdim edilmiş sənədlər bu Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda; 2. saxta və ya yanlış məlumat təqdim edildikdə; 3. xarici media nümayəndəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda; 4. xarici media nümayəndəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə. Akkreditasiya olunmuş xarici media nümayəndələri akkreditasiya kartını XİN-dən şəxsən təhvil alırlar. Akkreditasiya kartı başqa şəxsə verilə bilməz. Xarici media nümayəndələri akkreditasiya kartını itirdikdə dərhal XİN-in Mətbuat xidməti idarəsinə məlumat verməlidirlər. Akkreditasiya kartının dublikatının verilməsi barədə müraciətə 3 (üç) iş günü ərzində baxılır. Akkreditasiya kartının dublikatının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 1. xarici media nümayəndəsinin akkreditasiya kartını itirdiyinə dair ərizəsi; 2. iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil. 3. Xarici media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi 1. Akkreditasiya olunmuş xarici media nümayəndələri tərəfindən akkreditasiya qaydaları pozulduqda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda XİN tərəfindən xarici media nümayəndələrinin akkreditasiyası ləğv edilir. 2. Xarici media nümayəndələrinin peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, akkreditasiya kartının üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditasiya ləğv edildikdə akkreditasiya kartı XİN-ə təhvil verilir. 3. Əcnəbi və ya vətəndaşlığı olmayan xarici media nümayəndələrinin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2022 10:54 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |