|
|
“Hərbi sirlə bağlı təkliflər hazırlanıb”Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” adlı işgüzar konfrans keçirilir. Ahlibeyt.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, MEDİA-nın rəhbəri Əhməd İsmayılov, millət vəkilləri, media qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edir. Tədbirdə çıxış edən Kamran Əliyev sosial şəbəkələrdə yayılan informasiyaların cəmiyyətin həyatına və dövlətin fəaliyyətinə təsirlərinin artdığını bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə dövlət sirri, hərbi sirr hesab edilən informasiyaların dəqiqləşdirilmədən yayılması kimi hallara çox rast gəlinir. Baş prokuror bu məsələ ilə qanunvericiliyə müvafiq dəyişikliklərlə bağlı təkliflərin hazırlandığını da diqqətə çatdırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2022 11:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |