|
|
Bakıda yerləşən hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbir keçirilibAvqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyi arasında təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Bakı şəhərində yerləşən “N” hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az Komitənin saytına istinadla xəbər verir ki, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Heydər məscidinin imamı Rüfət Qarayev və hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda qeyd edilib ki, gənclərimizdə Vətənə, torpağa məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq üzərimizə düşən əsas vəzifələrdəndir. İslam dinində Vətənə sevgi, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan gəncləri qətiyyətlə, vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoyublar və torpaqlarımız işğaldan azad edilib. Natiqlər onu da qeyd ediblər ki, İslam dinində şəhidlik ali məqam sayılır və müqəddəs hesab olunur. Çıxışlarda Vətən müharibəsində qazanılan qələbəyə böyük töhfə verən şəhidlərin əbədiyyət qazandıqları qeyd edilib. Sonda mövzu ətrafında hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2022 16:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |