|
• Mənəviyyat • MənəviyyatMərhəmət...
Mərhəmət göstərmək tələsməmək, əsəbi cilovlamaq və nəfsi tənzimləməkdir. Beləliklə insanın qəzəbi asanlıqla hərəkətə gəlməz, sonda iztirab və ya peşmançılıq çəkməz. Mərhəmət qəzəbləndikdə nəfsi tənzimləyir və sahibini intiqam almaqdan çəkindirər. Mərhəmət və əsəbi cilovlamaq - hər ikisi gözəl əxlaqı xüsusiyyətlərdir. Mərhəmətin gözəlliyini vurğulamaq üçün elmə bərabər hesab edilən hədislərə müraciət etmək kifayətdir. Təbərsi "Mişkatul-ənvar" kitabının 219-cu səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir: Rəsulullah(s) buyurur: “And olsun Allaha ki, elmlə mərəhməti cəm etməkdən gözəl heç nə yoxdur”. İnsanın əxlaqı onun mərhəməti ilə ölçülür. Əmirəl-möminin (ə) buyurub: - Mərhəmət cövhəri ağıl olan bir nurdur - Mərəhmət ağlın tamamlayıcısıdır - Mərhəmət möminin işini nizamlayır - Mərəhmət möminin dostu və vəziridir - İnsanın gözəlliyi onun mərhəmətidir - Kim səni səfeh davranışlarla qəzəbləndirərsə, sən də onu gözəl mərhəmətlə qəzəbləndir - Əgər mərhəmətli deyilsənsə, mərhəmətli olmağa çalış Şeyx Abbas Qumi
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2022 17:35 ⁄ Çap
Bu bölmədə10 Avqust, 2022 Nəfsin halları - Kumeyl duasının şərhi19 İyul, 2022 Quran oxumağın fəziləti haqda 7 hədis |
Xəbər lenti
Səfir: Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək
17 Avqust, 2022 15:54
QHT-lər ermənilərin Laçında ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
17 Avqust, 2022 11:48
17 Avqust, 2022 11:27
16 Avqust, 2022 11:15
16 Avqust, 2022 10:12
15 Avqust, 2022 09:46
|
© 2022 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |