
Mərhəmət göstərmək tələsməmək, əsəbi cilovlamaq və nəfsi tənzimləməkdir. Beləliklə insanın qəzəbi asanlıqla hərəkətə gəlməz, sonda iztirab və ya peşmançılıq çəkməz. Mərhəmət qəzəbləndikdə nəfsi tənzimləyir və sahibini intiqam almaqdan çəkindirər.
Mərhəmət və əsəbi cilovlamaq - hər ikisi gözəl əxlaqı xüsusiyyətlərdir.
Mərhəmətin gözəlliyini vurğulamaq üçün elmə bərabər hesab edilən hədislərə müraciət etmək kifayətdir.
Təbərsi "Mişkatul-ənvar" kitabının 219-cu səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir: Rəsulullah(s) buyurur: “And olsun Allaha ki, elmlə mərəhməti cəm etməkdən gözəl heç nə yoxdur”.
İnsanın əxlaqı onun mərhəməti ilə ölçülür.
Əmirəl-möminin (ə) buyurub:
- Mərhəmət cövhəri ağıl olan bir nurdur
- Mərəhmət ağlın tamamlayıcısıdır
- Mərhəmət möminin işini nizamlayır
- Mərəhmət möminin dostu və vəziridir
- İnsanın gözəlliyi onun mərhəmətidir
- Kim səni səfeh davranışlarla qəzəbləndirərsə, sən də onu gözəl mərhəmətlə qəzəbləndir
- Əgər mərhəmətli deyilsənsə, mərhəmətli olmağa çalış
Şeyx Abbas Qumi