|
|
Suriya və İraqdan gətirilən 105 şəxs sosial reabilitasiyaya cəlb edilib FOTOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan Vətənə qaytarılan şəxslərin (repatriant) sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirlərini davam etdirir. Ahlibeyt.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən xəbərinə görə, artıq Suriya və İraqdan ölkəyə gətirilən daha 10 repatriant uşaq və 2 ana yaşadıqları ailədə Agentliyin sosial işçiləri tərəfindən təfsilatlı qiymətləndirilib və onlar üçün sosial reabilitasiya planı hazırlanıb. Psixoloqlar tərəfindən ilkin sosial-psixoloji yardım xidməti zamanı hər bir şəxslə ayrıca psixoloji qiymətləndirmə həyata keçirilib, travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilib. Repatriasiya olunmuş şəxslər və onların ailə üzvləri ilə sosial-psixoloji dəstək üzrə xüsusi əhəmiyyət daşıyan reabilitasiya işi davam etdirilir. Bu ilin ilk 6 ayında Sosial Xidmətlər Agentliyinin psixoloqları tərəfindən ümumilikdə 11 rayon üzrə 105 repatriasiya olunmuş şəxs sosial reabilitasiya və re-inteqrasiya işinə cəlb edilib. Ümumilikdə isə ölkə üzrə 146 ailədə 378 repatriantla iş aparılır. 2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin reabilitasiya və re-inteqrasiyası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2022 15:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |