|
|
Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minibŞuşa şəhərinin adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi imzalayıb. Belə ki, Şuşa şəhərində "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir. Bundan başqa, Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə “arxeoloji” sözü çıxarılıb. Eyni zamanda “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə yeni maddə əlavə edilib. Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.m Telegram kanalımıza abunə olun
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2022 08:35 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |