|
İƏT ölkələrinin rəsmiləri Şuşaya səfər edib - FOTOİyunun 29-da İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşa şəhəri və Daşaltı kəndini ziyarət ediblər.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Dövlət Turizm Agentliyinin (DTA) məlumatında bildirilib.
İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha, Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti Şuşa şəhərində işğal müddətində erməni vandalizminin qurbanı olmuş Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərində aparılan bərpa və təmir işləri ilə tanış olublar.
Həmçinin qonaqlar Daşaltı kəndinin turizm imkanları, burada turizm və rekreasiya zonasının yaradılması üçün mövcud potensial haqqında məlumatlandırılıblar.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu ərazilərin turizm potensialının istifadəsi üçün Agentlik tərəfindən Şuşa şəhərinin turizm inkişaf strategiyasının və Daşaltı turizm inkişaf konsepsiyasının hazırlandığını diqqətə çatdırıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov tərəfindən Şuşanın tarixi, Vətən müharibəsindən sonra aparılan yenidənqurma və bərpa işləri haqqında nümayəndələrə buradakı İslam irsinə məxsus tarixi və mədəni abidələr haqqında ətraflı informasiya verilib.
Qeyd edək ki, İƏT-in Turizm Nazirlərinin Bakıda keçirilən 11-ci Konfransı çərçivəsində üzv ölkələrin turizm nazirləri, nazir müavinləri, səfirlər və turizm üzrə səlahiyyətli şəxsləri bu gün Füzuli Hava Limanında olublar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2022 18:02 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |