|
Fərid Qayıbov: “Gənclərlə bağlı məsələlər İslam ölkələrinin əsas problemlərindən biridir”"Azərbaycan hökuməti hər zaman gənclərin fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmiz bu istiqamətdə öz töhfələrini verib". Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən İslam Əməkdaşlıq Gənclər Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının 3-cü iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, bu forumun əsası 2004-cü ildə Bakıda qoyulub. Katiblik isə İstanbul şəhərində yerləşir: "Sizi burada görməkdən şadam. İnanıram ki, məhsuldar görüşlərimiz olacaq". İlk belə görüşün Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirildiyini xatırladan nazir gənclər üçün daha yaxşı imkanların təmin edilməsində bir çox işlər görüldüyünü bildirib: "Müvafiq qətnamələr üzv ölkələrin gənclər və idman nazirlərinin daimi iclasında bələdçi sənəd rolunu oynayır. İslam ölkələrində olan gənclər təhsil və məşğulluqla bağlı müəyyən çətinliklər, qloballaşma, radikallaşma ilə bağlı bəzi təhlükələrlə üzləşirlər. İdeal həll yollarını tapmaq üçün 2018-ci ildə Bakıda üzv ölkələrin 4-cü iclası keçirildi. Orada gənclərlə bağlı birgə fəaliyyət planı müəyyənləşdirildi. İslam Həmrəyliyi Təşkilatının baş katibliyinə təşəkkürümü bildirirəm. Gənclərlə bağlı məsələlər İslam ölkələrinin əsas problemlərindən biridir".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2022 09:43 ⁄ Çap
Bu bölmədə30 İyun, 2022 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib29 İyun, 2022 İƏT ölkələrinin rəsmiləri Şuşaya səfər edib - FOTO29 İyun, 2022 Xaricdə təhsil üzrə müsahibələr davam edir29 İyun, 2022 Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub |
Xəbər lenti
30 İyun, 2022 07:00
29 İyun, 2022 19:16
29 İyun, 2022 18:45
29 İyun, 2022 08:20
27 İyun, 2022 13:39
|
© 2022 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |