|
• Mənəviyyat • Mənəviyyatİnsanı müqəddəs ilahi zata yaxınlaşdıran xüsusiyyətQurani-kərim əxlaqi məsələlərə və nəfsin saflaşdırılmasına köklü bir bəhs olaraq böyük əhəmiyyət verir. Fərd və cəmiyyətin əxlaqi tərəqqisi səmavi dinlərin istinad etdiyi ən mühüm hədəflərdəndir; belə ki, onu bütün ictimai islahatların təməli, günah və pisliklərlə mübarizədə əhəmiyyətli vasitə sayır. İslam peyğəmbəri həzrət Məhəmməd (s) və digər məsum imamlardan (ə) bizə gəlib çatan hədisləridə bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. İslam peyğəmbərindən (s) nəql edilən məşhur bir hədisdə deyilir: - Mən əxlaqi fəzilətləri tamamlamaq üçün seçilmişəm Digər bir hədisdə buyurur: "Mən əxlaqi gözəllikləri tamamlamaq üçün seçilmişəm" Başqa bir hədisdə: "Mən əxlaqi fəzilət və gözəllikləri tamamlamaq üçün seçilmişəm” gəlmişdir". Hədislərdə qeyd olunan konkretliyi çatdıran – “innəma” sözü (ibarə) Peyğəmbərin (s) bütün hədəfinin bu olmasını, yəni insan əxlaqını təkamülə çatdırmaqda xülasələşməsini göstərir. İmam Əli (ə) buyurur: “Əgər cənnətə ümid və imanımız, cəhənnəmdən qorxumuz, mükafat və cəza gözləntimiz olmasaydı belə, əxlaqi dəyərlərin arxasınca getməyimiz layiqli iş idi, çünki onlar qurtuluş, zəfər və müvəffəqiyyət göstəricisidirlər”. Bu hədisdən tam aydın olur ki, əxlaqi dəyərlər qiyamət qurtuluşu səbəbi olmaqla yanaşı dünya həyatında da xüsusi əhəmiyyətə malikdir. Allahın Rəsulu (s) digər bir hədisdə buyurur: َ “Allah-taala əxlaqi dəyərləri özü ilə bəndələri arasında əlaqə vasitəsi etmişdir. Sizlərdən hər biriniz elə əxlaqa sarılmalıdır ki, onu Allaha bağlasın”. Başqa sözlə, Allah-taala ən böyük əxlaq müəllimi, insan ruh və nəfsinin tərbiyəçisi və bütün fəzilətlərin mənbəyidir. Allaha yaxınlaşmağın yeganə yolu da ilahi əxlaqa yiyələnməklə mümkündür. Deməli, hər bir əxlaqi səciyyə Allahla insan arasında rabitə yaradır və bu minvalla onu müqəddəs ilahi zata yaxınlaşdırır. Dini rəhbərlərin həyat tərzi bütövlükdə bu məsələni bəyan edir. Belə ki, onlar hər yerdə əxlaqi fəzilətlərə dəvət edir və özləri də bunun canlı nümunəsi idilər. Quran, Peyğəmbərin (s) ali məqamından söz açarkən – وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ “ َSən əzəmətli əxlaqa sahibsən”(Qələm 4) buyurur. Nasir Məkarim Şirazi: "Quranda Əxlaq"
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2022 11:22 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |