|
• Mənəviyyat • MəhərrəmAşura günü ilə əlaqədar Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyası keçirilir
Avqustun 19-da Aşura günü ilə əlaqədar olaraq Mərkəzi Qan Bankında qanvermə aksiyasına başlanılıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, qanvermə aksiyası Mərkəzi Qan Bankının Bakı şəhəri də daxil olmaqla, respublika üzrə 8 bölməsində təşkil edilib. Məlumata əsasən, vətəndaşlar avqustun 19-da saat 09:00-dan başlayaraq Mərkəzi Qan Bankının müvafiq bölmələrinə yaxınlaşaraq, könüllü qanvermə aksiyasında iştirak edə bilərlər. Qanvermə aksiyası Məhərrəm ayı boyu davam edəcək. Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib ki, hazırda Qan Bankında kifayət qədər qan ehtiyatı var: “Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, qan daimi ehtiyacdır, qanı əvəz edən heç bir preparat yoxdur. Hər il olduğu kimi, bu il də vətəndaşları humanist ənənəni davam etdirərək Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki bölmələrində qan verməyə çağırırıq. Respublikada 1500-dən çox talassemiyalı xəstəyə hər 2-3 həftədə bir dəfə qan köçürülür. Bundan başqa, qan müxtəlif əməliyyatlarda, avtoqəzalar nəticəsində yaralanma baş verdikdə təcili ehtiyac duyulan təbii preparatdır. Qanın mənbəyi isə yalnız insandır. Vətəndaşların qanvermə aksiyasına marağını alqışlayıram, çünki yeni başlamasına baxmayaraq, qan donoru olmaq üçün kifayət qədər müraciətlər var”. Müəssisədə COVID-19 pandemiyası ilə əlaqədar mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü diqqətə çatdıran Q.Ələkbərova əlavə edib: “18-65 yaş arası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər. Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların isə sağalandan 28 gün sora qan vermələri mümkündür. Həmçinin bilmək lazımdır ki, COVID-19 qanla deyil, hava-damcı yolu ilə yoluxan virus infeksiyasıdır”. Qeyd edək ki, Mərkəzi Qan Bankının respublika üzrə Bakı, Şirvan, Lənkəran, Quba, Sumqayıt, Şəki, Mingəçevir, Bərdə və Gəncə bölmələri fəaliyyət göstərir. Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində bildirilib ki, Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçirilir Bildirilib ki, son illər Məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2021 11:32 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |