|
|
Bu günə qədər ".az" domenində qeydiyyatdan keçən saytların sayı açıqlanıbBu ilin iyul ayında Azərbaycanın ".az" domenində olan saytların hər 222-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib. Ahlibeyt.az xəbər verir ki, "APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə, Azərbaycan saytlarının 170-i fişinq hücumunun qurbanı olub. Bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,45%-nı təşkil edir. Bu göstərici üzrə iyul ayı ərzində iyunla müqayisədə 2,4 dəfə artım müşahidə olunub. Qeyd edək ki, bu günə ".az" domenində 37,7 minədək sayt qeydiyyatdan keçib. "Netcraft"ın məlumatına görə, Ukraynada hər 94, Rusiyada 21, Belarusda 552, Latviyada 19, Litvada 190, Estoniyada 13, Qazaxıstanda 370, Özbəkistanda 26, Tacikistanda 156, Qırğızıstanda 428, Gürcüstanda 135, Ermənistanda isə 241 sayta bir uğurlu fişinq hücumu düşür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2021 10:45 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |