|
• DünyadaHulusi Akar: “Türkiyə bundan sonra da Azərbaycana Ermənistanla mübarizədə dəstək verəcək”Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə “Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir. Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb. "Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarının da müzakirə olunduğu görüşdə, milli müdafiə naziri Hulusi Akar vurğulayıb ki, Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarına haqq işində də dəstək verəcək", - deyə xəbərdə qeyd edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Avqust, 2021 11:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |