18 Avqust, 2021
Hulusi Akar: “Türkiyə bundan sonra da Azərbaycana Ermənistanla mübarizədə dəstək verəcək”

Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə “Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb.

"Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarının da müzakirə olunduğu görüşdə, milli müdafiə naziri Hulusi Akar vurğulayıb ki, Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarına haqq işində də dəstək verəcək", - deyə xəbərdə qeyd edilir.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11277.html