|
• Mənəviyyat • MəhərrəmMəhərrəm ayı İmam Rzanın(ə) kəlamındaBu gün qəməri təqvimi ilə Məhərrəm ayının ilk günüdür. Məhərrəm ayının ilk günü, Əhli-beytin (ə) hüzn ayının ilk günüdür. Bu gün bütün peyğəmbərlər, mələklər, Əhli-beyti (ə) sevənlər və ardıcılları hüznlüdür. Rəvayətdə deyilir: Hər il Məhərrəmin ilk günündən aşura günündək Şəhidlər ağasının parça-parça olmuş köynəyi Allahın ərşindən asırlar və bütün aləmi qəm bürüyür. (Xəsaisüs-zeynəbiyyə, s.) Rəyyan ibn Şəbib deyir: "Məhərrəmin ilk günü İmam Rzanın (ə) xidmətinə müşərrəf oldum. Həzrət söz əsnasında buyurdu: Ey Şəbibin oğlu! Cahiliyyət dövrünün ərəbləri məhərrəm günlərində müharibəni haram bilirdi. Ammma bu ümmət məhərrəm ayının aradan qaldırdılar və Peyğəmbərin (s) ehtiramını saxlamadılar. Bu ayda bizim qanımızı halal bilib bizim hörməti sındırdılar. Bizim övladlarımzı və qadınlarımızı əsir etdilər. Bizim yudumuza od vurub malımızı qarət etdilər. Allahın Rəsuluna(s) görə (Onun adına görə) bizə hörmət etmədilər. Həqiqətən aşura günü bizim ürəyimizi yandırdılar, (ağlamaqan) kipriklərimiz yara bağladı, gözümüzün yaşını axıtdılar. Bizim əzizimizi Kərbəla torpağında (hörmətsizlik edib) kiçik sayıb, bizim üçün möhnət və bəla qiyamətədək (ondan) irs qaldı. Ey Şəbibin oğlu! Əgər (bir şeyə) ağlamaq istəsən Əli oğlu Hüseynə (ə) ağla! Ona görə ki, qoyunun başını kəsirmiş kimi onu öldürdülər. O həzrətlə birikdə onun evindən on yeddi nəfərini şəhədətə çatdırdılar ki, onların yer üzündə bənzəri yox idi. Onların şəhadətində yeddi göy və yer ağladı. Aşura günü dörd min mələk o həzrətin qələbəsi üçün gəlib gördülər ki, o şəhid olub. Ona görə də qəm-qüssəli halda onun pak qəbrinin ətrafına (təyin oldular) məskunlaşdılar ki, həzrət Qaim (əc) zühur edəndə onun "Ya Saratəl-Hüseyn” şüarına səs verib köməyinə tələssinlər. Ey Şəbibin oğlu! Bizimlə cənnətin yüksək dərəcələrindən olmaq istəsən bizim qəmimizəd qəmgin, bizim şadlığımızda şad ol! Bizi sevməyi və məhəbbətimizi tapşırıram sənə. Əgər bir şəxs bir daşı da sevsə Allah taala sabah qiyamət günü onu o daşla məşhur edəcək. ( Üyuni-əxbarür-Rza (ə) c.2, səh. 268, -Biharül-ənvar, c. 44 səh. 285)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2023 10:25 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |