|
• DünyadaƏrəb monarxiyaları birləşmək fikrinə düşüblərSəudiyyə Ərəbistanı ilə Bəhreyn şiələrin etirazlarını neytrallaşdırmaq məqsədilə birləşmək qərarına gəliblər. Hər iki ölkədə ikinci dərəcəli vətəndaş sayılan şiə müsəlmanları (Bəhreyndə 70%, Səudiyyə Ərəbistanında 20%) İranın təsir rıçaqları kimi qəbul olunur. Bununla da ərəb monarxiyaları İranın regionda təsirini azaltmağa çalışırlar. Bu barədə “Salaminfo.az” “World Bulletin”ə istinadən xəbər verir. Hələ altı ay öncə Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının (FKÖƏŞ) iclası zamanı Səudiyyə rəhbərliyi Küveyt, Qətər, BƏƏ və Omanı ittifaq dövlət qurmağa çağırmışdı. Bəhreyndən başqa bu fikri ciddiyə alan ölkə olmadı. Bunun əsas səbəbi Bəhreyndə bir ildən artıq davam edən üsyandır. Əsasən şiələrdən ibarət müxalifət qüvvələri ölkədə mütləq monarxiyanın devrilməsini tələb edir. ABŞ-ın müttəfiqi sayılan Bəhreyn rəhbərliyi isə Səudiyyə Ərəbistanının hərbi müdaxiləsi nəticəsində üsyanı nisbətən səngidə bildi.
Hazırda müxalifət Səudiyyə Ərəbistanı ilə birləşmək planına kəskin etiraz edir. Müxalif “Vəfaq” partiyasının sədri Əli Salman belə qərarların hakim sülalə tərəfindən deyil, Bəhreyn xalqı tərəfindən verilməli olduğunu bəyan edib.
“Daily Telegraph” xəbər verir ki, Bəhreyn XİN-i yalnız Avropa İttifaqı modelinə uyğun birliyi məqbul sayır. İki dövlətin tam siyasi inteqrasiyası rəsmi Manama tərəfindən müzakirə olunmur. Dünən keçirilən FKÖƏŞ iclasında Qətər də anoloji mövqe sərgiləyib. Digər ölkələr isə hələki söz deməkdən çəkinirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2012 21:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |