|
• DünyadaMisirdə hüseyniyyənin açılşına qarşı kampaniya başladıMisirdə ilk hüseyniyyənin açılışı ilə bağlı yayılan xəbər bu ölkədə yaşayan bəzi din xadimləri birmənalı qarşılanmayıb. “Shia-online” xəbər verir ki, Şeyx Məhəmməd Əbdülməlik Zəğəbi həmin hüseyniyyənin açılışı və livanlı din xadimi Hüccətülislam-vəl-müslimin Şeyx Kuraninin bununla bağlı Qahirəyə səfərini tənqid edən bəyanat yayıb. Bəyanatında Misir əhli-sünnəsinə müraciət edən Zəğəbi onları şiə hüseyniyyəsinin açılışına müxalif çıxmağa çağırıb. Onun sözlərinə görə, bütün dünya bilməlidir ki, Misir əhli-sünnəsi buna müxalifdir.
Hüseyniyyənin açılışını “Misirdə şiəliyin yayılması” təhlükəsi adlandıran din xadimi Əl-Əzhər universitetinin rəhbərliyindən məsələyə qarışmağı tələb edib. O, hüseyniyyənin qısa bir zamanda bağlanmasını və dağıdılmasını məqsədəuyğun sayır. Həmin bəyanatda ibadət evinin açılışında iştirak edən hər bir şəxsin həbs edilməsi də tələb olunub. Özünü və şagirdlərini “Misirdə şiəliklə mübarizənin liderləri” kimi təqdim edən Şeyx Zəğəbi həmvətənlilərini “şiələri rüsvay etməyə” çağırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2012 18:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |