|
• Mənəviyyat • MəhərrəmAşura qiyamının müqəddiməsiHz.Əli(ə): "Mən gözündə tikan, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm" İslam dini zühur edərkən bəşəriyyət cahiliyyət bataqlığına mürtəkib olmuşdu. Biz cahiliyyət dövrünün yalnız Ərəbistan yarımadasına şamil edilməsinin əleyhinəyik. Bütün dünya cahiliyyət dövrünü yaşayırdı. Hətta Qərb tarixçiləri Roma imperiyasının parçalanmasından Avropada İntibahın başlamasına kimi tarixi dövrü heç bir xüsusi adla adlandıra bilmədiklərinə görə “Orta əsrlər” adı fikirləşdilər. Yəni Antik dövrün inkişafı ilə İntibah və Maariflənmə əsri arasında adsız, qaranlıq, durğun bir orta, ara, fasilə. Bu baxımdan Ərəbistan yarımadasında gedən proseslər ümümbəşəri tarixin kiçik bir modeli idi və həmin hadisələr İslam dinininprinsipal mövqeyini açıqcasına ortaya qoyur. Peyğəmbərin(s) gəldiyi cəmiyyətdə hakim din bütpərəstlik dini idi. Müasir dillə desək Peyğəmbər(s) yaşadığı cəmiyyətin ideologiyasına və dəyərlər sisteminə zidd bir konsepsiya ilə çıxış etdi. Ərəblər heç də mədəni cəhətdən geridəqalmış bir millət deyildi. Əksinə, ərəblər mədəni və iqtisadi cəhətdən kifayət qədər inkişaf etmişdilər və yeni dinin ənənəvi dəyərlərin aradan aparacağını anlayırdılar. Peyğəmbərin(s) ilk çağırışı da ərəb cəmiyyətinin üzərində qurulduğu təməllərə etirazla başladı: “La ilahə illəllah” – “Allahdan başqa məbud yoxdur!”. Allahın yeganə məbud olması ideologiya kimi elə də təhlükəli deyildi. Təhlükə yalnız Allahın qarşısında əyilməyə çağırışda idi. Dünyanın zalımlarına qarşı qiyam və zülmə etiraz edib yalnız və yalnız Allahın sözünə itaət etmək barədə çağırışlar indiyədək heç bir etiraza öyrəşməmiş və mütləq ağalıqlarını hamıya asanlıqla sırımış Məkkənin müşrik hakimlərini hiddətə gətirirdi. Tarixi hadisələri təfsilatı ilə yazmağa ehtiyac yoxdur. Onunla kifayətlənək ki, zahirən çıxılmaz vəziyyətdə qalan yetim və kasıb Muhəmməd(s) Allahın köməyi ilə bütün Ərəbistan yarımadasında Allahın təkliyinə olan etiqadı bərqərar etdi və sonda Məkkənin dinc fəthi ilə bütpərəstliyə son qoydu. Bu İslam dininin bərqərar olması üçün atılan ilk addım idi. Məkkənin siyasi elitasını o zamanlar əsasən iki klan təşkil edirdi – Bəni Üməyyə(əməvilər) və Bəni Haşim(haşimilər). Peyğəmbərin(s) mənsub olduğu Bəni Haşim İslamı qəbul edib onun keşikçilərinə çevirilsələr də, daim Peyğəmbərlə(s) mübarizə aparan Bəni Üməyyə Məkkənin fəthindən sonra(Peyğəmbərin vəfatından iki il öncə) İslam dinini dildə qəbul etdilər. Ancaq kifayət qədər siyasi zirehliyə malik olan bu qəbilə keçmiş hakimiyyətini əldən vermək fikrində deyildi. Əksinə bütün ərəbləri birləşdirmiş bir ideologiyanı öz əllərində hakimiyyətə gəlmək üçün vasitəyə çevirmək arzusuna düşdü. Peyğəmbərin(s) vəfatından sonra xilafətin onun təyin etdiyi Əliyə(ə) keçməməsi üçün əlindən gələni edən Bəni Üməyyə öz istəyinə nail oldu. Əhli-Beytin(ə) hakimiyyətdən kənarlaşdırılması Bəni Üməyyənin hakimiyyətə gəlməsi üçün atılmış ilk addım idi. Peyğəmbərin(s) yeganə sağ qalmış qızı Həzrət Fatimənin(s.ə) şəhadətə yetirilməsinə göz yuman müsəlmanlar Allahın dininə ciddi yanaşmadıqlarını və Əhli-Beytə(ə) dəstək olmayacaqlarını nümayiş etdirdilər. Bu istiqamətdə edilən ikinci cəhd əməvilərin xilafətdə hakim mövqe tutmalarına istiqamətlənmişdi. Belə də oldu. Xəlifə Ömərin dövründə yeni işğal olunmuş Şam(hazırkı Suriya, Livan və Fələstin əraziləri) Bəni Üməyyənin başçısı Əbu Süfyanın oğlu Muaviyənin ixtiyarına verildi. Şam vilayətində hakimiyyətə gəlmiş əməvilər burada öz gələcək ümumxilafət hökumətinin bazasını yarada bildilər. Peyğəmbəri(s) görməyən şamlılar İslamı əməvilərin dediklərindən ibarət olduğunu düşünürdülər. Növbəti addım əməvilərin xilafətin mərkəzi strukturlarına çıxış tapmasına doğru atıldı və xəlifə Osmanın dövründə onlar paytaxt Mədinədə oturuşdular. Ancaq Mədinə hökumətində nüfuzlu vəzifələr tutduqlarına baxmayaraq, mədinəlilərə şamlılar kimi “əməvi İslamı”nı qəbul etdirmək asan deyildi. Osmanın ölümü ilə hakimiyyətə gələcəyini düşünən Müaviyə Osmana qarşı qiyam qalxanda onun köməyinə yetişmədi və xəlifənin öldürülməsini kənardan müşahidə etməyi qərara aldı. Xəlifə öldürüldü, ancaq mədinəlilər Əlini(ə) xəlifə kimi seçdilər. Vəziyyətin belə dəyişməsindən hiddətlənən Müaviyə vətəndaş müharibəsinə başlamağı qərara aldı. Bəlkə də Həzrət Əli(ə) öncəki xəlifələrin dövründəki kimi hakimiyyəti təhvil verməklə ümmətin birliyini qoruya bilərdi. Ancaq vəhəditin Peyğəmbərin(s) gətirdiyi dəyərlərin aradan getməsi, bütün müsəlmanların şamlılar kimi köhnə Məkkə sisteminin İslam donu altında qəbul etməsi bahasına qorunması mənasız idi. Bu baxımdan Həzrət Əli(ə) Allahın təyin etdiyi imam olaraq Peyğəmbərin(s) işini davam etdirdi. Sadəcə Peyğəmbər(s) aşkar cahiliyyətə müharibə elan etmişdirsə, Həzrət Əli(ə) haqq libasına bürünmüş batillə mübarizəyə qalxdı. Silsiləvi müharibələr nəticəsində Əhli-Beyt(ə) tərəfdarları zəifləyirdi və mübarizənin əhəmiyyətini anlamırdılar. Onların bir çoxu üçün bu mübarizə hakimiyyət davasından başqa bir şey deyildi. Nəhayət Həzrət Əlinin(ə) şəhadətindən sonra İmam Həsən(ə) ətrafında heç kəsin olmadığını görəndə Müaviyəyə hakimiyyəti təhvil vermək məcburiyyətində qaldı. Amma yenə də mühüm bir şərtlə. O da bu idi ki, xilafət səltənətə çevirlməməlidir. Çünki, indiyədək xilafətdə mövcud olan seçki sistemi mütləq monarxiya ilə əvəz olunduğu təqdirdə xilafət İslam dininin siyasi instrumentinə deyil, birdəfəlik olaraq hansısa qəbilələrin diktaturasına çeviriləcək idi. Belə də oldu. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2009 00:37 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |