إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün baş verən terrorçuluq, dünən yolunu azmağın nəticəsidir

Ayətullahul-Üzma Seyyid Məhəmməd Səid Həkim Meysan vilayətinin elm adamları ilə görüşmüşdür.

Görüşdə Ayətullah Seyyid Həkim Qurani-Kərimin "Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar" ayəsinə işarə edərək deyib ki, bu ayə Hz.Rəsuləllahın(s) rehlətindən sonra İslam ümmətinin üzləşdiyi faciənin şahididir.

O deyib ki, İslam ümməti H.Rəsuləllahın(s) rehlətilə peyğəmbərlik yolundan azdılar və acı nəticələr yaşamağa başladılar ki, bu günə kimi davam etməkdədir.

Mərcei-təqlid deyib ki, bu gün o kəslər ki, terrorçuluqla məşğul olurlar Hz.Rəsuləllah(s) vəfat edəndən sonra baş verən yolunu azanların və Hz.Əliyə(ə) qarşı vuruşan xəvariclərin davamçılarıdırlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2012  05:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!