|
• Dünyada34-cü İslam Vəhdət Konfransı 47 ölkədən qonaqların iştirakı ilə virtual formatda keçiriləcək
İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının təşəbbüsü ilə 34-cü İslam Vəhdət Konfransı 29 oktyabr - 2 noyabr tarixlərində Tehranda virtual formatda keçiriləcək. Ahlibeyt.az-ın İQNA-ya istinadən xəbərinə görə, "Təbii fəlakətlər qarşısında İslami əməkdaşlıq" mövzusu ilə keçirilən konfransda dünyanın 47 ölkəsindən dini, elmi və siyasi şəxsiyyətlər iştirak edəcək. İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının baş katibi höccətül-İslam Həmid Şəhriyari bildirib ki, konfransda 47 ölkədən 167 xarici qonaq və İslam dünyasının tanınmış simaları , həmçinin 120 İranlı natiq çıxış edəcək" O qeyd edib ki, 5 günlük konfransın proqramına Fələstinlə əlaqəli iki kitabın təqdimatı, Vəhdət radiostansiyasının açılışı və Vəhdət informasiya portalında min məqalənin təqdimatı nəzərdə tutulub. Konfransın son mərasimi 2 noyabr tarixində İslam Peyğəmbərinin (s) mövlud gününün axşamı görkəmli yerli dini,siyasi və ictimai xadimlərin iştirakı ilə baş tutacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2020 11:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |