
İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının təşəbbüsü ilə 34-cü İslam Vəhdət Konfransı 29 oktyabr - 2 noyabr tarixlərində Tehranda virtual formatda keçiriləcək.
Ahlibeyt.az-ın İQNA-ya istinadən xəbərinə görə, "Təbii fəlakətlər qarşısında İslami əməkdaşlıq" mövzusu ilə keçirilən konfransda dünyanın 47 ölkəsindən dini, elmi və siyasi şəxsiyyətlər iştirak edəcək.
İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının baş katibi höccətül-İslam Həmid Şəhriyari bildirib ki, konfransda 47 ölkədən 167 xarici qonaq və İslam dünyasının tanınmış simaları , həmçinin 120 İranlı natiq çıxış edəcək"
O qeyd edib ki, 5 günlük konfransın proqramına Fələstinlə əlaqəli iki kitabın təqdimatı, Vəhdət radiostansiyasının açılışı və Vəhdət informasiya portalında min məqalənin təqdimatı nəzərdə tutulub.
Konfransın son mərasimi 2 noyabr tarixində İslam Peyğəmbərinin (s) mövlud gününün axşamı görkəmli yerli dini,siyasi və ictimai xadimlərin iştirakı ilə baş tutacaq.