|
|
Prezident İlham Əliyev: Zəngilan şəhəri və işğal altındakı ərazilərdə 24 kənd azad edilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb. Ahlibeyt.az-ın məlumatına görə, dövlətimizin başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib: Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun! Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! - Zəngilan bizimdir! Qarabağ bizimdir!
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Oktyabr, 2020 15:24 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |