إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullahul-Üzma Şeyx İshaq Fəyyaz müalicə almaq üçün Londona gedib

Nəcəf şəhərinin dörd böyük mərcei-təqlidlərindən olan Ayətullah şeyx İshaq Fəyyaz müalicə almaq üçün Londona gedib.

Londona getməzdən öncə Livana səfər edən Ayətullah Şeys İshaq Fəyyaz Beyrutda böyük çoşqu ilə qarşılanıb. Bildirilir ki, Livanın tanınmış din alimləri, o cümlədən, Livanın Ali Şiə İslam Şurasının vitse-prezidenti Ayətullah Əbdüləmir Qəbəlan, Ayətullah Sistaninin Livandakı nümayəndəsi Hacı Həmid əl-Xəffaf, Əməl partiyasının nümayəndəsi Əyyub Həmid, Hizbullah təşkilatının və şəxsən Seyyid Həsən Nəsrullahın nümayəndəsi Seyyid İbrahim Əmin əs-Seyyid Şeyx İshaq Fəyyazın görüşünə gediblər. Hətta Livan parlamentinin sədri Nəbih Beri şəxsən Şeyx İshaq fəyyazla telefon təması quraraq böyük alimə xoş gəldin deyərək onun şəfa tapmasını dua edib.

Qeyd edək ki, Ayətullah Şeyx İshaq Fəyyaz səhhətində ciddi problemlər yaşadığına görə artıq keçən il Londonda müalicə almışdı. Bu dəfəki səfəri isə profilaktik xarakter daşıyır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Aprel, 2012  06:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!