|
|
“Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan” monoqrafiyası işıq üzü görübAMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlham Əliyevin “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan (XVIII əsrin I yarısı)” adlı monoqrafiyası işıq üzü görüb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, AMEA mətbuat xidmətinin məlumatında bildirilir ki, tədqiqat əsərində ilk dəfə olaraq XVIII əsrin birinci yarısında Azərbaycan Səfəvi və Əfşar dövlətlərinin daxili, Rusiya və Osmanlı dövlətlərinin xarici siyasətində Azərbaycan və bu siyasətdə isə Naxçıvanın yeri araşdırılıb. Naxçıvanda XVIII əsrin birinci yarısında baş verən siyasi proseslər araşdırıldıqdan sonra aydın olub ki, tarixin bu dönəmində bir sıra Azərbaycan bölgələri kimi Naxçıvan diyarında da ictimai-siyasi vəziyyət sabit olmayıb. 1700-1747-ci illəri əhatə edən monoqrafiyada əldə olunmuş faktlar təhlil və müqayisə edilərək çıxarılan elmi nəticələr ümumiləşdirilib. Əsərin sonunda ingilis dilində onun yığcam şəkildə icmalı verilib. Qeyd edək ki, aparılan tədqiqatın əsas mənbəşünaslıq bazasını müxtəlif illərdə ölkəyə səfər edən əcnəbi diplomat, səyyah, coğrafiyaşünas, eləcə də tarixçilərin əsərləri və yol qeydləri təşkil edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2020 13:01 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |