|
|
“Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi çərçivəsində növbəti təqdimatMədəniyyət Nazirliyi “Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı haqqında məlumat təqdim edib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatda Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının tarixindən və işğaldan sonrakı fəaliyyətindən geniş söz açılır. Bildirilir ki, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 1987-ci il mayın 19-da Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlayıb. Qarabağ torpağı Ermənistan tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib. Həmin vaxtdan etibarən xilas olunmuş eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilir və muzeyin fondunda qorunub saxlanılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2020 12:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |