2 Oktyabr, 2020
“Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi çərçivəsində növbəti təqdimat

Mədəniyyət Nazirliyi “Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı haqqında məlumat təqdim edib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatda Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının tarixindən və işğaldan sonrakı fəaliyyətindən geniş söz açılır.

Bildirilir ki, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 1987-ci il mayın 19-da Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlayıb.

Qarabağ torpağı Ermənistan tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib.

Həmin vaxtdan etibarən xilas olunmuş eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilir və muzeyin fondunda qorunub saxlanılır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10396.html